Ay tutulması  başa çatdı: Azərbaycanda...
19 noyabr 2021 15:05 (UTC +04:00)

Ay tutulması başa çatdı: Azərbaycanda...

2021-ci ilin sonuncu Ay tutulması sona çatıb.

Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a verilən xəbərə görə, Bakı vaxtı ilə saat 11:18:41-də başlayan tutulma hadisəsi saat 14:47:04-də başa çatıb və ümumlikdə 2 saat 28 dəqiqə davam edib.

Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunub. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə edilməyib.

***

saat 11:19

2021-ci ilin sonuncu Ay tutulması başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a verilən xəbərə görə, bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək. Buna görə də tutulma qismən Ay tutulması hesab olunur. 

Bakı vaxtı ilə saat 11:18:41-də başlayan tutulma hadisəsi saat 14:47:04-də başa çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.

# 3474
avatar

Oxşar yazılar