Axtarışda olan 105 nəfər saxlanıldı
01 mart 2024 11:09 (UTC +04:00)

Axtarışda olan 105 nəfər saxlanıldı

Fevralın 29-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.

# 1869
avatar

Sevinc Fərid

Oxşar yazılar