COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızda gücləndirilmiş nəzarət profilaktik tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 12-də keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində paytaxtın Səbail rayonunda 20-ci sahədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozan bərbərxana aşkar olunub.
Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakinləri - orada bərbər işləyən, 1984-cü il təvəllüdlü Alıyar Məmmədov və müştərisi 1973-cü il təvəllüdlü Faiq Əmirli saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə bərbər 400 manat, karantin qaydalarını pozan müştəri isə 200 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılıblar.
Qeyd edək ki, Faiq Əmirli AXCP sədri Əli Kərimlinin köməkçisidir.

AXCP sədrinin köməkçisi cərimələndi
Oxşar yazılar

Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ
28 avqust 2025 , 21:31
41 yaşlı kişini tok vurub öldürdü
28 avqust 2025 , 21:24
Namiq Qaraçuxurlu Rusiyada saxlanıldı
28 avqust 2025 , 20:58
Ağdaşda tövlədən meyit tapıldı
28 avqust 2025 , 19:27
"Meydan TV" işi üzrə daha bir HƏBS
28 avqust 2025 , 19:09Yarıçılpaq kişi şöbəyə girib polisləri döydü - VİDEO
28 avqust 2025 , 18:29
"Pendir oğrusu" ölkədən qovuldu
28 avqust 2025 , 17:59