Avtoyuma məntəqəsinin işçisi müştərisinin BMW-sini sürdü, ZƏNCİRVARİ QƏZA OLDU
16 mart 2023 20:44 (UTC +04:00)

Avtoyuma məntəqəsinin işçisi müştərisinin BMW-sini sürdü, ZƏNCİRVARİ QƏZA OLDU

0

Cəlilabadda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Qəzada 4 avtomobil toqquşub.

Xəsarət alan bir nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə BMW markalı minik avtomobilinin iştirakı ilə baş verib.

Qeyd edək ki, həmin nəqliyyat vasitəsinin sürücüsü avtoyuma məntəqəsinin işçisi olub.

O, müştərisinin etibarından sui-istifadə edərək avtomobili idarə edib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2824

Oxşar yazılar