Sosial şəbəkələrdə avtoxuliqanlıq hərəkətləri edərək onları yayımlayan şəxslər aşkar edilib.
Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd olunub ki, buzlu yol şəraitində avtoxuliqanlıq hərəkətləri edərək bunu Tik-Tok sosial şəbəkə hesabından yayımlayan şəxsin Abşeron rayonu, Görədil qəsəbə sakini Rzayev Fərid İbrahim oğlu olduğu, avtoxuliqanlıq hərəkətləri edilən yerin isə Görədil qəsəbəsi olduğu müəyyən edilib.
Qanun pozuntusuna yol verərək insanların həyat və sağlamlığı üçün ciddi təhlükə törədən həmin şəxslər barəsində sərt cəza tədbirləri həyata keçiriləcəkdir.
Bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edirik.