Yol-nəqliyyat hadisələri baş verdikdə bəzi sürücülər avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə alırlar. Müşahidələr göstərir ki, bu kimi hallar tez-tez yaşanır.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, nəticədə istər qəzanın baş verdiyi istiqamətdə, istərsə də digər zolaqlarda yolda ciddi sıxlıq yaranır.
Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırır.