Türkiyədə avtomobilin kanala aşması nəticəsində 3 nəfər ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şanlıurfanın Harran qəsəbəsində baş verib. Ali İnanın avtomobili idarəetmədən çıxaraq, kanala aşıb. Nəticədə o, arvadı Zəhra eləcə də övladları Süleyman və İshak avtomobildə sıxılı vəziyyətdə qalıb.
Hadisə yerinə gələn xilasetmə əməkdaşları sürücünü sağ xilas etsələr də, ana və iki uşağının meyitlərini çıxarıblar.
Faktla bağlı araşdırma aparılır.