Avtomobildən 6 mindən çox pul oğurlandı
10 sentyabr 2021 18:11 (UTC +04:00)

Avtomobildən 6 mindən çox pul oğurlandı

Abşeronda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 7-də rayon ərazisində bir avtomobildən 6200 manat oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Aslanov saxlanılıb.

# 1347
avatar

Mehman Nəbiyev

Oxşar yazılar