Avtomobil metal arakəsməyə çırpıldı – BİR YARALI
24 noyabr 2021 03:00 (UTC +04:00)

Avtomobil metal arakəsməyə çırpıldı – BİR YARALI

0

Abşeron rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Bakı-Sumqayıt şosesinin Abşeron rayonu ərazisinə düşən hissəsində baş verib.

Vüsal Mahmudov idarə etdiyi “AzSamand” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən avtomobilin təkəri sıradan çıxıb. Nəticədə avtomobil dəmir yol ayrıcına çırpılıb. Qəza nəticəsində avtomobil ciddi deformasiyaya uğrayıb. Sürücü isə xəsarət alıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2074

Oxşar yazılar