Avtomobil azyaşlını vurub ayağını sındırdı
25 yanvar 2023 07:53 (UTC +04:00)

Avtomobil azyaşlını vurub ayağını sındırdı

Abşeron rayonu ərazisində yol qəzası zamanı 9 yaşlı uşağın ayağı sınıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, AAAF Park yaşayış kompleksinin ərazisində 01-BE-067 dövlət nişanlı “VAZ-2106” markalı nəqliyyat vasitəsini idarə edən Soltanov Əvəz Əziz oğlu qarşısına çıxan 2014-cü il təvəllüdlü Əli Məmmədlini vurub. Azyaşlı sağ ayağın topuq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeton Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
 

# 1233
avatar

Oxşar yazılar