Müdafiə Nazirliyi Ermənistan tərəfinin iddialarına cavab verib.
Nazirlikdən Lent.az-a verilən məlumatda bildirilir ki, sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.