Noyabrın 14-də pomidor turşusundan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə gətirilən 10 yaşlı Aytac Ricay qızı Mirzəyeva Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına köçürülüb.
Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilir ki, hazırda reanimasiyada olan A.Mirzəyeva süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir.
Xatırladaq ki, turşudan zəhərlənən Füzuli rayon sakinləri Ricay Mirzəyev və qızı 10 yaşlı Aytac Mirzəyeva noyabrın 12-də rayonun mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətirilib. Kliniki Tibbi Mərkəzə yerləşdirilən xəstələrdən biri, ata Ricay Mirzəyevin həyatını xilas etmək isə mümkün olmayıb.