Ata yeni doğulan uşağını sobada yandırdı
07 sentyabr 2023 14:59 (UTC +04:00)

Ata yeni doğulan uşağını sobada yandırdı

0

Amur vilayətində ata yeni doğulan uşağının cəsədini sobada yandırıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Novotroitskoye kəndindən olan və beşinci övladını gözləyən ailə evdə doğuş təşkil etmək qərarına gəlib. Nəticədə, atanın sözlərinə görə, körpə ölü dünyaya gəlib. Anası da sağ qalmayıb. Bundan sonra o, yeni doğulmuş körpənin cəsədini hamam sobasında yandırıb, arvadını isə yorğana bükərək patoloji anatomik şöbəyə aparıb.

Regional İstintaq Komitəsi hadisə ilə bağlı məlumatı təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2647

Oxşar yazılar