Ata və oğul dava zamanı  eyvandan   yıxıldılar:  Biri öldü
10 yanvar 2024 19:46 (UTC +04:00)

Ata və oğul dava zamanı eyvandan yıxıldılar: Biri öldü

0

Moskvada ailə münaqişəsi iki kişinin hündürlükdən yıxılması ilə başa çatıb. Onlardan biri dünyasını dəyişib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hər şey yanvarın 8-i axşam General Karbışev bulvarındakı binanın mənzilində baş verib. 57 yaşlı kişi 32 yaşlı oğlu ilə mübahisə edib və nəticədə onlar arasında dava düşüb. Dava zamanı onlar eyvana çıxıblar, bir anda yıxılıblar.

İkinci mərtəbədən yıxılma nəticəsində yaşlı kişi dünyasını dəyişib, oğlu isə onurğa sütunu zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkmişin bir neçə cinayətinin olduğu məlum olub, 2023-cü ilin qışında atasını döydüyünə görə ona qarşı “Qətllə hədələmə və ya sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9180

Oxşar yazılar