Ata evindən çıxan çadralı qadın itkin düşdü - FOTO
16 noyabr 2023 09:33 (UTC +04:00)

Ata evindən çıxan çadralı qadın itkin düşdü - FOTO

Naftalanda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Ucar rayon Küçəkənd kənd sakini 27 yaşlı Fatimə Quliyeva noyabr ayının 11-də Naftalan şəhərində yaşayan valideynlərinin evindən çıxaraq bir daha geri qayıtmayıb.

Qadının boyu 155 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli hicab və dini geyim olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin 050-664-94-00, 050-242-26-66 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4773
avatar

Oxşar yazılar