Odessada 48 yaşlı kişi bir neçə il öz qızlarını və həyat yoldaşını zorlayıb.
Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları kişinin qızlarını və arvadını 2015-ci ildən zorlamağa başladığını müəyyənləşdiriblər. O zaman qızlardan birinin 14, digərinin 17 yaşı olub.
O, tabe olmayacaqları təqdirdə onları öldürməklə hədələyib. Kişi arvadının anasını öldürmək səbəbindən həbsxanada yatdığından qızlar hədə-qorxusunu ciddi qəbul ediblər.
Kişinin 15 ilə qədər azadlıqdan məhrum ediləcəyi gözlənilir.