Astarada qatar 34 yaşlı piyadanı vurdu - YENİLƏNİB
07 dekabr 2024 09:06 (UTC +04:00)

Astarada qatar 34 yaşlı piyadanı vurdu - YENİLƏNİB

Astarada qatarın vurduğu piyada əməliyyatdan çıxıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Lent.az-ın verdiyi xəbərə görə əməliyyat zamanı 34 yaşlı M.Quliyevin bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi amputasiya olunub.

Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

***

08:17

Astarada qatar piyadanı vurub.

Lent.az-ın verdiyi xəbərə görə hadisə Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.

Astara rayonunun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xətti keçidində qatarın qarşısına çıxıb və qatar onu vurub.

Əsasən ayaqlarından ağır travma alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2226
avatar

Oxşar yazılar