Cəlilabad sakinini arı sancıb.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə rayonun Alar kəndində baş verib.
Adil Rzayev arılara qulluq edərkən, arı təknəsinin üstünə yıxılıb. Bu zaman arılar ona hücum edib.
A.Rzayev Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinı baxmayaraq arıçı xəstəxanada dünyasını dəyişib.
Ilkin ehtimala görə A.Rzayevin ölümünə səbəb arı sancmasıdır.
Faktla bağlı araşdırma aparılır.