“Araz Supermarket”   məhkəməyə verildi
27 may 2021 16:31 (UTC +04:00)

“Araz Supermarket” məhkəməyə verildi

“Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnəcək.

Lent.az-ın məlumatına görə, cəriməni gömrük orqanları yazıb.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.

Qeyd edək ki, sözügedən maddə əsasında “Araz Supermarket”i 1500 manat cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7143
avatar

Mehman Nəbiyev

Oxşar yazılar