Bu yaxınlarda Moskva yaxınlığındakı "Crocus City Hall” konsert zalında törədilən terror aktının təşkilatçıları Rusiyada qadağan olunmuş “Vilayət Xorasan” terror qruplaşmasının üzvləri olub.
Lent.az-ın xarici KİV-ə istinadıa xəbərinə görə, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bildirib ki, hücumu törədənlər Rusiyada yaşayan tacik diasporunun nümayəndələri arasında toplanıb. Onun sözlərinə görə, terror aktının təşkilində Qərb ölkələrinin təsiri altında fəaliyyət göstərən Ukrayna xüsusi xidmət orqanları da iştirak edib.
Əvvəllər istintaq bu işdə şübhəli bilinən üç şəxsin növbəti terror aktının hazırlanmasında iştirak etdiyini müəyyən edib. Onlar qanunsuz olaraq partlayıcı qurğu hazırlayıblar ki, bu da cinayət törətmək üçün əlavə planların olmasını göstərir.
Xatırladaq ki, martın 22-də Moskva vilayətində "Crocus City Hall konsert" zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.
Bu dəhşətli hadisə nəticəsində 130-dan çox adam ölüb