Dövlət İmtahan Mərkəzi 2022-ci ilin mart və aprel aylarında tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının birinci mərhələsi, dövlət qulluğuna (A və B növü) qəbul imtahanı və digər imtahanların keçirilməsini nəzərdə tutur.
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, imtahanların qrafiki ilə daha ətraflı cədvəldə tanış olmaq olar:
Tarix |
İmtahanın adı |
İmtahan yeri |
5 mart |
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi |
6 mart |
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı |
6 mart |
Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün tеst imtаhаnı |
Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 |
12 mart |
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmaz |
13 mart |
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri |
13 mart |
Dövlət qulluğuna qəbul imtahanı (A növü) |
Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 |
2 və 3 aprel |
· əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; · müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı; · qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan; · eksternat qaydasında buraxılış imtahanı (11 illik)
|
Məlumat veriləcək |
10 aprel |
· Dövlət qulluğuna qəbul imtahanı (B növü) · Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin V sinfinə qəbul imtahanı |
Məlumat veriləcək |
16 və 17 aprel |
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (I zona) |
Məlumat veriləcək |
23 və 24 aprel |
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (II zona) |
Məlumat veriləcək |
30 aprel və 1 may |
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (III zona) |
Məlumat veriləcək |
Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Digər aylarda keçiriləcək imtahanların tarixləri, həmçinin 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının rayonlar üzrə qrafiki müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.