Anasını öldürüb özünü  pəncərədən atdı
18 oktyabr 2023 19:28 (UTC +04:00)

Anasını öldürüb özünü pəncərədən atdı

0

Moskva yaxınlığındakı Balaşixada çoxmərtəbəli binanın yaxınlığında anasını döyərək öldürən 40 yaşlı kişinin meyiti tapılıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, əvvəlcə qonşular evin pəncərələrinin altında kişinin meyitini aşkar edib, bundan sonra hadisə yerinə polis çağırıblar. Müstəntiqlər 13-cü mərtəbədəki mənzildə ölü qadın tapıblar. Mənbənin sözlərinə görə, ölüm səbəbi döyülmə olub.

Cinayətin motivi hələlik məlum deyil. Məlumdur ki, 40 yaşlı rusiyalı 2012-ci ildə narkotik maddə ilə bağlı cinayət işi üzrə məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6078

Oxşar yazılar