Sumqayıt şəhəri yaxınlığında Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, dənizdə boğulanlar 1991-ci il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və onun 2015-ci ildə anadan olmuş övladı Kərimli Nicat Əlvan oğludur.
***
19.55
Sumqayıtda ana və övladı dənizdə boğulub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.
Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.
Onların meyitləri sudan çıxarılıb.