Biləsuvarda ana və 3 övladı dəm qazından zəhərlənib.
Lent.az APA-ya istinadla xəbər ki, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.
38 yaşlı Günel Məmmədova və onun övladları - 16 yaşlı Məleykə Məmmədova, 8 yaşlı Arzu Məmmədova və 11 yaşlı Rəvan Məmmədov dəm qazından zəhərləniblər.
Onlar dərhal rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.