Sankt-Peterburqda ana körpəsini şaxtalı havada Puşkin parkına atıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Pavlovskoye şossesində baş verib. Bağlama 42 saylı evin 400 metrliyində yoldan keçənlər tərəfindən aşkar edilib. İçəriyə baxanda yorğan və qadın paltosuna bükülmüş körpə qız görülüb.
Şahidlər təcili yardım və polis çağırıb. Həkimlər tapılan uşağı xəstəxanaya yerləşdiriblər. Qızın şiddətli soyuqdəyməyə məruz qaldığını bildiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları körpənin anasının tapılması üçün lazımi tədbirlər görür.