Ana həbsdəki oğluna "PATI"  apardı - BAKIDA
24 noyabr 2021 10:43 (UTC +04:00)

Ana həbsdəki oğluna "PATI" apardı - BAKIDA

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilən Azər Əmirpaşa oğlu Adıgözəlova tanışı Siyəzən şəhər sakini Rəsul Məmməd oğlu Zəkiyev tərəfindən gətirilib.

Sovqata baxış keçirilən zaman orada olan gödəkçənin astar hissəsində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 7,005 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 2,229 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Bundan başqa, Samit Civan oğlu Munasinqxeyə anası Bakı şəhər sakini Olina Oleqovna Munasinqhe tərəfindən gətirilən sovqata da baxış keçirilən zaman orada olan yeməyin içərisində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 2,952 qram olan narkotik maddə - tiryək və ümumi çəkisi 1,472 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2030

Oxşar yazılar