Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR
18 oktyabr 2024 11:10 (UTC +04:00)

Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR

Almaniyada itkin düşdüyü deyilən Tamerlan Təhməzovun anası yayılan məlumatlarla razılaşmır.

Belə ki, gənc oğlanın anası Lent.az-a bildirib ki, oğlunun itkin düşməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, oğlu Tamerlanla yaxın günlərdə telefon vasitəsilə əlaqə saxlayıb.

Qeyd edək ki, Tamerlan Təhməzov sabiq baş nazirin müavini Əli Təhməzovun oğludur.

Xatırladaq ki, ötən gün sosial şəbəkədə Almaniyanın paytaxtı Berlin şəhərində doktorantura təhsili alan Tamerlan Təhməzovun itkin düşməsi barədə xəbər yayılıb.

***
17 Oktyabr, saat: 10:40

Almaniyada yaşayan azərbaycanlı itkin düşüb.

Bu barədə Lent.az-a həmin ölkədə yaşayan həmerlilərimiz məlumat veriblər.

Məlumata görə, Tamerlan Təhməzov Belin şəhərində doktorantura üzrə təhsil alır. Bildirilir ki, bir neçə gündür o, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.

Həmçinin qeyd olunub ki, son günlər onda psixoloji problemlər yaranıb və hətta yaşadığı yerə də getmir.

Onun tapılması üçün polisə müraciət edilib və hazırda tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8458

Oxşar yazılar

Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu

Qəza kilometrlərlə tıxaca səbəb oldu

22 iyun 2025 , 00:35