Ağsuda ŞOK: atası ölən oğlan həkimi döydü
17 aprel 2024 10:30 (UTC +04:00)

Ağsuda ŞOK: atası ölən oğlan həkimi döydü

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib.

Lent.az xəbər verir ki, rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 62 yaşlı Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 34 yaşlı Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, S. Hüseynov atası üçün təcili tibbi yardıma müraciət edib. Lakin onlar gələnədək xəstə ölüb. Nəticədə əsəblərinə hakim ola bilməyən şəxs həkim və sürücüyə hücum edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Lent.az-a bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.

# 2157
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Baş Prokurorluqdan ƏMƏLİYYAT:  saxlanılanlar var

Baş Prokurorluqdan ƏMƏLİYYAT: saxlanılanlar var

30 aprel 2024 , 13:47
Azərbaycanlı sürücü TIR-la qəza törətdi

Azərbaycanlı sürücü TIR-la qəza törətdi

30 aprel 2024 , 12:20
Bakıda mağazadan 700 manatlıq ət  oğurlandı

Bakıda mağazadan 700 manatlıq ət oğurlandı

30 aprel 2024 , 11:47
Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU  - YENİLƏNİB

Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU - YENİLƏNİB

30 aprel 2024 , 11:31
Qız oğurladığı telefonu itirdi

Qız oğurladığı telefonu itirdi

30 aprel 2024 , 11:14
Narkotik satan azərbaycanlılar tutuldu

Narkotik satan azərbaycanlılar tutuldu

30 aprel 2024 , 10:52
Keçmiş daxili işlər naziri saxlanıldı

Keçmiş daxili işlər naziri saxlanıldı

30 aprel 2024 , 10:08
Bakıda 2-ci İNTİHAR:  qadın özünü binadan atdı

Bakıda 2-ci İNTİHAR: qadın özünü binadan atdı

30 aprel 2024 , 09:46