Ağsu rayonunda oğurluq hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Cəfərli kənd sakini, 1966-cı il təvəllüdlü Alxan Basayev Ağsu Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus 12 baş iribuynuzlu heyvanın naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib.
Həmin heyvanlardan 3-ü tapılıb. Fermerə ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib. Polis əməkdaşları oğurluq edən şəxsin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Faktla bağlı Ağsu RPŞ tərəfindən araşdırma aparılır.