Ağsu rayonunda dağlıq ərazidə kol-kos yanır
14 avqust 2021 01:34 (UTC +04:00)

Ağsu rayonunda dağlıq ərazidə kol-kos yanır

Ağsu rayonu, Bico kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 30 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365

Oxşar yazılar