Ağsu-Kürdəmir yolunda avtomobil qəzası olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Növcü kəndi ərazisində qeydə alınıb.
33 yaşlı Akif Məmmədovun idarə etdiyi "Fort Fuce" markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində vəfat edib.
Avtomobildə olan sərnişin, 25 yaşlı Nural Quliyev isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.