Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.
Lent.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib.
Onun sözlərinə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu Fərid Hüseynov saxlanılıb.
***
23:30
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən marketlərin birinin yaxınlığında qeydə alınıb.
1994-cü il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə Ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti ağır olduğundan Qazaxda yerləşən xəstəxanaya aparılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.