Ağdərədə yanğınsöndürən maşın qəzaya düşdü, ölən və yaralananlar  var
14 sentyabr 2024 19:28 (UTC +04:00)

Ağdərədə yanğınsöndürən maşın qəzaya düşdü, ölən və yaralananlar var

Sentyabrın 14-də saat 13 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.

Lent.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 41 yaşlı Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813
avatar

Oxşar yazılar