Ağdamda yol tikintisi zamanı ekskavator minaya düşdü , bir nəfər yaralandı
21 sentyabr 2021 00:55 (UTC +04:00)

Ağdamda yol tikintisi zamanı ekskavator minaya düşdü, bir nəfər yaralandı

Ağdam rayonunda yol tikintisi zamanı istifadə edilən ekskavator tank əleyhinə minaya düşüb.

APA-nın əldə etdiyi məlumata görə, rayonun Qərvənd kəndi ərazisində baş verən hadisə nəticəsində Qubadlı sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu ağır yaralanıb, texnikaya ciddi ziyan dəyib.

Partlayış zamanı yaralanan şəxs Bərdə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1928

Oxşar yazılar