Ağdamda itən qız tapıldı -  YENİLƏNİB
25 avqust 2025 13:40 (UTC +04:00)

Ağdamda itən qız tapıldı - YENİLƏNİB

Ağdamda itkin kimi axtarışdan olan rayon sakini, 26 yaşlı Mahirə Hüseynova polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Bu barədə Lent.az-a DİN mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

***

21 avqust, saat 15:51

Ağdamda qadın itkin düşüb.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, Ağdam rayon sakini 26 yaşlı Mahirə Hüseynova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
 
M.Hüseynovanın boyu 165 sm, orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qırmızı rəngli qısaqol gödəkçə, göy rəngli şalvar və çəhrayı rəngli ayaqqabı olub.
 
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Ağdam Rayon Polis Şöbəsinin (026) 325-02-02 şəhər nömrəsi və (050) 997-06-03 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2038

Oxşar yazılar