Ağdamda minik avtomobili velosipedlə hərəkətdə olan 15 yaşlı uşağı vurub.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
2009-cu il təvəllüdlü Hüseynli Vüsal Ramil oğlu velosipedlə yolu keçmək istəyərkən “90-UX-771” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili onu vurub. Vüsal Hüseynli təcili-tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.