Naməlum kişi Moskvanın “Şelkovskaya” metro stansiyasının yaxınlığındakı bir mağazaya girib və ac olduğunu iddia edərək birbaşa piştaxtalardan yemək yeməyə başlayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, kişi piştaxtalar arasında gəzişərək istədiyini götürüb.
O, hətta elektrik çaynikində çay da dəmləyib. Bu azmış kimi, satıcıları bıçaqla hədələyib. Polisin xəbərdarlığına baxmayaraq, yediyi məhsulların pulunu ödəməkdən imtina edib.
“Günəşim, xahiş edirəm salatı qoyun, çox yemək istəyirəm, indi öləcəm”, "qarınqulu" müştəri piştaxta qarşısında dayanan qadına belə deyib.
Məlumata görə, polislər vaxtında gəlmədiyindən xuliqanlıq edən şəxsi mağazanın əməkdaşları və yaxınlıqdan keçənlər saxlayıblar.