Abşeronda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.
İlkin məlumata görə, zavodda baş verən bədbəxt hadisə nəticəsində orada fəhlə işləyən iki Pakistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 22 yaşlı Harı Prakash xəstəxanada ölüb.
Fakt araşdırılır.