Gündə nə qədər  narıngi yeyə   bilərsiniz? - CAVAB
13 yanvar 2025 13:08 (UTC +04:00)

Gündə nə qədər narıngi yeyə bilərsiniz? - CAVAB

Narıngilərin həddindən artıq yeyilməsi kilo almağa və allergiyaya səbəb ola bilər.

Lent.az xarici mediaya istinadla gündə nə qədər mandarin yeyə biləcəyinizi açıqlayıb.

Narıngilər C, B1, B2 vitaminləri, beta-karotin, antioksidantlar və liflə zəngindir. Bununla belə, narıngidə insulin istehsalını stimullaşdıran çoxlu qlükoza da var. Bundan əlavə, narıngilər bütün sitrus meyvələri kimi, allergiyaya səbəb ola bilər.

Yetkin bir adam gündə 5-6 ədəd narıngi yeyə bilər, lakin hamısını bir anda deyil. Bir yaşa qədər uşaqlar və mədə-bağırsaq xəstəlikləri olan insanlar narıngi yeməməlidir. 

Həkimlərin sözlərinə görə, narıngi zülal və yağlarla birləşdirilməməlidir. Nahardan əvvəl yeyilməməlidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar