Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 62,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Dxili İşlər Nazirliyinin Lent.az-a verdiyi məlumata görə, yanvarın 11-də və 12-də keçirilən tədbirlər zamanı qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,3 kiloqrama yaxın heroin, 49,5 kiloqrama yaxın marixuana, 1,5 kiloqramdan çox metamfetamin, 7,3 kiloqramdan çox tiryət, 2 kiloqrama yaxın həşiş, həmçinin 300 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.