Keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyevanın səhhəti ilə bağlı son durumu açıqlanıb.
Lent.az xəbər verir ki, bu barədə "Hörümçək TV"yə danışan siyasətçinin oğlu Sidqi Şövkət qeyd edib ki, Lalə Şövkət hərəkət qabiliyyətini itirməyib:
"Lalə xanım infarkt keçirmişdi. İndi vəziyyəti yavaş-yavaş yaxşılaşır. Həkimlər ona çox hərəkət etməməyi ilə bağlı qadağa qoyub. Çox şükür nitq və hərəkət qabiliyyətini itirməyib".