Missuri ştatı ABŞ tarixində ilk dəfə transseksual qadının edamını həyata keçirib.
Lent.az bildirir ki, bu barədə CNN Missuri Cəzaçəkmə Departamentinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Skott Maklaflin hələ kişi ikən 2003-cü ildə sevgilisi Beverli Qyünteri zorlayıb öldürməkdə təqsirli bilinib. 2006-cı ildə andlı iclasçıla onu təqsirli bilib, lakin hökmü razılaşdıra bilməyiblər, buna görə də hakim ölüm hökmü çıxarıb.
Məhkum həbsdə olarkən cinsiyyətinin dəyişdirilməsinə başlayıb, lakin o, lazımi hormonal terapiya almayıb və adının dəyişdirilməsinə təşəbbüs göstərməyib.
O, kişilərlə birlikdə islah mərkəzində saxlanılıb.
Bir müddət sonra 49 yaşlı Maklaflin və vəkilləri respublikaçı qubernator Mayk Parsona müraciət edərək cəzanın yüngülləşdirilməsini istəyiblər. Müdafiəçilərin sözlərinə görə, məhkum əqli gerilik, psixi sağlamlıq problemləri və uşaqlıq travması keçirib.
Parsonun mətbuat ofisi yanvarın 3-də yaydığı bəyanatda edamın Beverli Qyünterin qurbanlarının ailəsi və yaxınlarının “sülhə layiq olduğu” üçün həyata keçiriləcəyini bildirib.