2023-cü ildə Amerika Birləşmiş Ştatlarında kütləvi qətllərin sayına görə rekord qeydə alınıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu il təxminən 40 oxşar hadisə qeydə alınıb.
Məhz bu həftə Texas ştatının hüquq-mühafizə orqanlarının əməkdaşları cəmi 1,5 saat fərqlə baş verən kütləvi atışma ilə bağlı iki məlumat alıblar. 2023-cü ildə 38 qırğın xəbəri qeydə alınıbsa, bir il əvvəl 36 olub. Beləliklə, qorxunc antirekord qeydə alınıb.
Qeyd olunur ki, ABŞ-da kütləvi qətl 4 və daha çox insanın öldürüldüyü cinayət sayılır. Odlu silahlarla kütləvi atışmaların sayının COVID-19 pandemiyası zamanı azaldığı, lakin həyat normallaşdıqdan sonra yenidən artdığı bilinir.