Aağacların kəsilməsi 49 min manata  başa gəldi
05 avqust 2022 18:08 (UTC +04:00)

Aağacların kəsilməsi 49 min manata başa gəldi

Baş Prokurorluğa daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində  qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Prokurorluqdan Lent.az-a verilən məlumata görə, belə ki, müəyyən edilmişdir ki, Lənkəran rayonunun Bürcəli kəndində, Balakən rayonunun Püştətala kəndində, Zərdab rayonu, İsaqbağı kəndində meşə fonduna daxil olmayan və Oğuz rayonu ərazisində  meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 49 min manat ziyan dəyib.

Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Aytəkin Cəlali

Oxşar yazılar