Xırdalanda bıçaqlanma olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə "AAAF" park yaşayış kompleksində qeydə alınıb.
16 yaşlı Ramil Hüseynzadə çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni kimin törətdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.