Zavodda baş verən bədbəxt hadisə ilə bağlı cinayət işi başlandı
18 aprel 2020 10:22 (UTC +04:00)

Zavodda baş verən bədbəxt hadisə ilə bağlı cinayət işi başlandı


Saatlı rayonunda baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki "P-Aqro" MMC-nin Saatlı Pambıq Emalı zavodunda qeydə alınıb.

Zavodda çalışan İlham Zeyniyev  idarə etdiyi avtokarla orada işləyən 1969-cu il təvəllüdlü Şəhla Abbasovanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin xəsarət alması ilə nəticələndə)  maddəsilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089
avatar

Oxşar yazılar