Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yoluxucu xəstəliklərdən qorunmaq üçün qida ilə necə davranmalı olduğu barədə məlumat hazırlayıb.
AQTA-dan APA-ya verilən məlumata görə, bunun üçün ilk növbədə əllər, qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdır:
"Meyvə və tərəvəzlər təmiz yuyulmalı, qidalar lazımi temperaturda bişirilməli və saxlanmalı, bişirildikdən sonra otaq şəraitində saxlanmamalı, dərhal soyudulmalıdır. Eyni zamanda çarpaz çirklənməyə yol verilməməli (məsələn, ət və göyərti yanaşı qoyulmamalıdır) və mətbəx mütəmadi təmizlənməli və dezinfeksiya edilməlidir".