Yol qəzasında xəsarət alan 6 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB
13 aprel 2020 21:40 (UTC +04:00)

Yol qəzasında xəsarət alan 6 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

0


Qazaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, onlar 1989-cu il təvəllüdlü Xasayev Elnur Nofəl oğlu, 1987-ci il təvəllüdlü Məmədov Ruslan Şahmuraz oğlu, 1994-cü il təvəllüdlü Mustafayev İlkin Mustafa oğlu, 1994-cü il təvəllüdlü Rəsulzadə İslam Bəhram oğlu, 1990-cı il təvəllüdlü Abdullayev Kamil İbarahim oğlu və 2001-ci il təvəllüdlü Pənahov Araz Cəmil oğludur.

***

20:45

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kosalar kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1721

Oxşar yazılar