Yol Polisindən DYP maşınının üstündə pivə içən gənclə bağlı AÇIQLAMA
17 aprel 2020 16:46 (UTC +04:00)

Yol Polisindən DYP maşınının üstündə pivə içən gənclə bağlı AÇIQLAMA

"Yol polisi avtomobilinin baqajında oturub pivə içən şəxs saxlanılıb".

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, yol polisi avtomobilinin baqjında oturub içki içən və bunu telefonla çəkərək sosial şəbəkədə paylaşan şəxsin işi məhkəməyə göndərilib:

"Sosial şəbəkədə paylaşılan həmin xoşagəlməz və Dövlət Yol Polisinin nüfuzuna xələl gətirən əməli edən şəxsin 20 yaşlı Mustafayev Nicat Aydın oğlu olduğu müəyyən edilib. O, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən saxlanılıb. N.Mustafayev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, təqsirli bilinir. Hazırda işı məhkəməyə göndərilib. Qərardan asılı olaraq, ya sürücülük hüququndan məhrum edilərək cərimələnəcək, ya da həbs ediləcək",

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5031
avatar

Mehman Nəbiyev

Oxşar yazılar