Bu il mart ayının 10-dan aprel ayının 14-dək olan müddətdə Xırdalan şəhərindəki evlərin birindən 2630 manat dəyərində məişət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar S.Rəhimov və T.Nəsrullayev saxlanılıblar.
Ətraflarında aparılan tədbirlərlə onların daha 3 evdən pul, məişət əşyaları və təmir alətləri oğurlamaları da müəyyən edilib.